Yuxarı

Başçı Heydər Əliyev prospektini bağlatdırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı Heydər Əliyev prospektini bağlatdırdı - Foto

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev mərkəzdən keçən və əsas gediş-gəliş yolu olan Heydər Əliyev prospektini bağlatdırıb.

Axar.az xəbər verir ki, bu barədə Demokrat.az-a Bərdə rayon sakinləri bildiriblər.

Sakinlərin sözlərinə görə, Vidadi İsayev özünün rahat hərəkəti üçün əsas yola şlaqbaum qoydururub. Nəticədə insanların hərəkəti üçün məsafə uzanıb. Bu vəziyyət yüzlərlə sakinin ciddi narazılığına səbəb olub.

Sakinlər deyir ki, Vidadi İsayevin rahatlığına görə hər gün minlərlə insan əziyyət çəkməli olur.

Sakinlər icra başçısının bu hərəkəti ilə bağlı ölkə başçısına müraciət ediblər:

“Cənab Prezident İlham Əliyev biz sakinlərin rahatlığı üçün bütün lazımı işləri görür, yaxşı yollar salınır, infrastruktur qurulur. Ancaq çox təəssüf ki, yerlərdə olan Vidadi İsayev kimi bəzi məmurlar öz rahatlıqları naminə insanlara problemlər yaradırlar, onların həyatını çətinləşdirilər.

Bərdə rayon sakinləri olaraq sizdən xahişimiz odur ki, Ulu öndər Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki vəziyyətinə qaytarılmasına köməklik göstərəsiniz.

Biz Bərdəlilər hər zaman sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasəti dəstəkləmişik, sonadək də dəstəkləyəcəyik. Allah sizi qorusun!”

Tarix
2020.08.12 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla