Yuxarı

Fond yeni mərkəzini istifadəyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu yenidən təşkil olunmuş mərkəzini istifadəyə verib.

Fonddan Axar.az-a verilən məlumata görə, müasir standartlara uyğun yenidən təşkil olunmuş 190 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və davamlı təkmilləşdirilməsinin fond üçün əsas prioritet olduğunu deyən E.Mehdiyev bildirib ki, ötən dövrdə sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib.

Məlumat verilib ki, fondun müasir əsaslarla təşkil edilmiş fəaliyyət istiqamətlərinin mühüm komponenti olan vətəndaşların müraciətlərinə elektron qaydada baxılması prosesi üç istiqamət üzrə həyata keçirilir ki, bunlardan biri də 190 Çağrı Mərkəzi vasitəsilə aparılır. Fəaliyyətinə 2008-ci ildən start verilən Çağrı Mərkəzinin ötən dövrdə zəruri infrastruktur və təchizat sisteminin, eləcə də xidmət göstəricilərinin müasir tələblərə uyğun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Son təkmilləşdirilmə tədbirləri nəticəsində Fondun Çağrı Mərkəzinin fəaliyyəti Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"nın tələblərinə uyğunlaşdırılıb və Çağrı Mərkəzi aprel ayının 14-dən xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərəcək.

Çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Mərkəz zəruri işçi qüvvəsi, avadanlıq, proqram təminatı, texniki və metodiki vasitələrlə təmin edilib. Çağrı Mərkəzinin əməkdaşları üçün Fondun fəaliyyət istiqamətləri, qanunvericilik, proseduralar, elektron xidmətlər, proqram-texniki sistemlər, eləcə də çağrı mərkəzi əməkdaşlarının davranış və kommunikasiya sahələri üzrə təlimlər keçirilib.

Çağrı sistemində aşağıda qeyd olunan istiqamətlər üzrə müraciətlərin cavablandırılması həyata keçirilir: pensiyaların avtomatlaşdırılmış təyinatı; məcburi dövlət sosial sığortası; əmək pensiyaları; fərdi uçot; elektron xidmətlər. Çağrı sistemi qeyri-iş günləri və saatlarında avtomatik rejimdə, digər vaxtlarda isə operatorlar tərəfindən cavablandırılan canlı rejimdə fəaliyyət göstərir.

Tarix
2015.04.14 / 16:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla