Yuxarı

Əli Nağıyev kursantlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Nağıyev kursantlarla görüşdü

2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilib.

Axar.az xəbər verir ki, DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışıb.

Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük məsuliyyət tələb etdiyini bildirib. General-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini bildirib.

Görüşdə çıxış edən kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət təhlükəsiziliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə ediblər.

Sonra general-leytenant Əli Nağıyev kursantlara hədiyyələr təqdim edib.

Qeyd olunmalıdır ki, DTX-nin xüsusi ali təhsil müəssisəsinə 2020-2021-ci tədris ili üçün qəbul imtahanlarında 600 bal və daha yuxarı nəticələr göstərmiş kursantların sayı əvvəlki illərlə müqayisədə üstünlük təşkil etmiş, ən yüksək bal isə 685 olub.

Tarix
2020.09.18 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ukrayna rəsmiləri arasında mühüm görüş...

XİN-dən Xocalı ilə bağlı bəyanat

Bu, bütün bəşəriyyətə qarşı cinayətdir - Mehriban Əliyeva

Xocalı soyqırımından 34 il ötür

Son 80 ildə Azərbaycan qədər... - İlham Əliyev

İlham Əliyevdən Xocalı ilə bağlı paylaşım

Prezident Xocalıda Xanabadı ziyarət etdi

Evi 10 minlik elektrik borcu ilə tərk edən köçkün danışdı

Tolikə yüksək vəzifə verildi

Terror təşkilatları ilə əlaqəli dəstənin məhkəməsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla