Yuxarı

Bakıda həkimlərlə məmurlar arasında - Qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) İLLAC MMC-yə məxsus, Bakının Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsi, 45 ünvanında yerləşən "Funda” tibb mərkəzində vergi nəzarəti tədbirləri həyata keçirib.

Bu barədə Axar.az-a xidmətdən məlumat verilib. Nəzarət tədirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, işçilərin hüquqi qüvvəyə minmiş əmək müqaviləsi əsasənda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi vəziyyəti yoxlanılıb.

"Funda” tibb mərkəzinin rəhbərliyi - direktor Hümbətov Asim Yusif oğlu və həkim Hümbətova Lamiyə Yusif qızı mühasibatlıq və pul sənədlərinin təqdim edilməsi ilə bağlı vergi xidməti əməkdaşlarının qanuni tələblərinə əməl etməyib, operativ nəzarət prosesinin gedişatına maneə törədiblər.

Vergi nəzarəti tədbirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı, o cümlədən göstərilmiş tibbi xidmətə görə müştəri tərəfindən ödənilmiş nağd pul vəsaitinin dövriyyədən yayındırılması faktları aşkar edilərək müvafiq akt tərtib edilib.

Bundan başqa, 27 nəfər tibb işçisinin əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar olunub.

Vergi orqanı əməkdaşları tibb mərkəzinin işçiləri ilə sorğu apararkən mərkəzin rəhbərliyi nəzarət prosesinə əngəl törədərək sorğuya müdaxilələr edib, əmək müqaviləsi olmayan 13 heyət üzvünün (onların şəxsiyyətləri müəyyən edilib) izahat verməkdən yayındırılmasına, onların tibb mərkəzindən müxtəlif yollarla kənarlaşdırılmasına şərait yaradıb.

"Funda”nın rəhbərliyi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq zəruri sənədlərin və məlumatların vergi xidməti əməkdaşlarına vaxtında təqdim edilməsini təmin etməyib, onların fəaliyyətinə ciddi maneələr yaradıb.

Vergidən yayınma faktlarının gizlədilməsinə yönəlmiş hərəkətlər və aşkar olunan nöqsanlar Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən akt və protokollarla rəsmiləşdirilib. Nəzarət tədbirlərinin həyata keçirilməsinə maneə törədilməsi faktı üzrə materiallar müvafiq hüquqi qiymət verilməsi üçün Nərimanov Məhkəməsinə göndərilib. Araşdırmalar davam edir.

"DVX bir daha vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə, həmçinin operativ nəzarət tədbirləri zamanı vergi əməkdaşlarının iş prosesinə süni maneələr törətməməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcək", - deyə qurum bəyan edib.

Tarix
2020.09.21 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki... - Həşimli

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla