Yuxarı

Erməni səfir İran XİN-ə çağırıldı – Etiraz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni səfir İran XİN-ə çağırıldı – Etiraz

İran Xarici işlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistanın Fələstinin işğal olunmuş ərazilərində səfirlik açması barədə bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

“Ermənistanın Fələstinin işğal olunmuş ərazilərində səfirlik açması və sionist rejimin Qafqazda fəallaşması qəbuledilməzdir. Saxta və qəsbkar bir rejim 70 ildən artıqdır ki, fələstinlilərin torpaqlarında zülm edir və bu qəsbkar rejim nəinki həmin ölkəyə, ümumiyyətlə, bu tarixi və qədim regiona aid deyil. Son bir neçə ayda Ermənistan dövlətinə bu məsələ xatırladılıb və Ermənistanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona deyilib ki, Qüdsü işğal edən rejimin nə işğal olunmuş ərazilərdə, nə də bu regionda yeri var”.

İran XİN sözçüsü bu hadisələrin Qarabağ münaqişəsinə təsirindən danışıb:

“Bizim baxışımız daim aydın olub. Bu regionda heç bir münaqişə hərbi yolla həll olunmayacaq. Həmçinin heç bir kənar güclər Allaha xatir və xoş niyyətlə regiona gəlmir. Bu münaqişənin ən yaxşı həll yolu regional həlldir. İran dəfələrlə kömək edib və problemin həll olunması üçün yenə də kömək edəcək”.

Tarix
2020.09.21 / 14:55
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

İlham Əliyevlə Pezeşkian arasında görüş başladı

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

Prezident Karla Kanqaluya məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla