Axar.az
Yuxarı

İlham Əliyev 2 sərəncam, 2 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:15

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Bakı şəhəri Sabunçu rayonunun Nardaran və Zabrat qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 8,3 milyon (səkkiz milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 14 fevral tarixli 635 nömrəli, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 964 nömrəli, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli və “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 696 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 838; 2007, № 8, maddə 769; 2013, № 11, maddə 1449; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci və 4-cü hissələrdə “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın “Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə Tədbirlər” hissəsinin 2-ci, 3-cü, 4-cü, 6-cı və 17-ci bəndlərinin “Əsas icraçılar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə, “Akronimlər” hissəsində “SEN – Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi” sözləri “EN – Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 104; 2008, № 8, maddə 715; 2009, № 11, maddə 886; 2010, № 8, maddə 726; 2013, № 11, maddə 1450; 2014, № 2, maddə 112, № 4, maddə 391; 2015, № 4, maddə 437; 2016, № 6, maddə 1085) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər”in 26-cı, 66-cı və 67-ci hissələrinin “Əsas icraçı” sütunundan “, ABOEMDA” akronimi çıxarılsın;

2.2. “Akronimlər” hissəsindən “, ABOEMDA – Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1637; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 576, № 8, maddə 1521; 2018, № 5, maddə 1093, № 11, maddə 2287; 2019, № 5, maddə 899, № 11, maddə 1719) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər planı”nın 1.14-cü bəndinin “Tədbirin adı” sütununda “Alternativ” sözü “Bərpa olunan” sözləri ilə və “İcraçılar” sütununda “Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1648; 2017, № 8, maddə 1521; 2018, № 5, maddə 1094) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın “6. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Fəaliyyət Planı” hissəsi üzrə:

4.1. 6.2.6-cı, 6.5.1.5-ci və 6.9.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə əvəz edilsin;

4.2. 6.9.2-ci yarımbəndin “Tədbirin adı” və “Gözlənilən nəticələr” sütunlarından “alternativ və” sözləri çıxarılsın;

4.3. “Akronimlər” hissəsinə “TN – Azərbaycan Respublikasının Təhsil Nazirliyi” sətrindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

“EN – Azərbaycan Respublikasının Energetika Nazirliyi”.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 696 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2352) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın “8. Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində:

5.1. 1.9.5-ci yarımbəndin “İcraçı orqanlar” sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə əvəz edilsin;

5.2. 1.10.1-ci, 1.10.2-ci yarımbəndlərin, 6.1-ci, 6.2-ci bəndlərin və 7.2.1-ci, 7.2.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütunundan “ABOEMDA,” akronimi çıxarılsın;

5.3. 1.9.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “Alternativ və bərpa” sözləri “Bərpa” sözü ilə və 1.10.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilsin;

5.4. “Akronimlər” hissəsindən “ABOEMDA – Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2009-cu il 10 noyabr tarixli 182 nömrəli, “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 1 fevral tarixli 810 nömrəli və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 885; 2012, № 12, maddə 1264; 2013, № 11, maddə 1336) 2-ci hissəsi ləğv edilsin.

2. “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 104, № 10, maddə 1159; 2014, № 10, maddə 1205; 2020, № 5, maddə 545) 2-ci, 3-cü, 4-cü, 8-ci və 9-cu hissələri ləğv edilsin.

3. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; 2019, № 2, maddələr 218, 236, № 4, maddə 625, № 5, maddələr 848, 855; 2020, № 2, maddə 100) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “10. Tədbirlər planı” hissəsinin 7.2.6-cı yarımbəndinin “Əsas icraçı” sütununda “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə:

3.2.1. “7. Strateji hədəflər” hissəsi üzrə:

1. 7.1.1-ci yarımbənddə “Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri “Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

2. 7.2.1-ci yarımbəndin “Tədbir 2.1.2. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması” abzasında “Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

3. 7.2.2-ci yarımbəndin “Tədbir 2.2.1. Alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi”, “Tədbir 2.2.2. İnvestisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formasının seçilməsi” və “Tədbir 2.2.3. Görülən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması” abzaslarında “Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

3.2.2. “10. Tədbirlər planı” hissəsi üzrə:

1. 2.1.4-cü, 2.2.3-cü və 7.1.2-ci yarımbəndlərin “Digər icraçılar” sütunundan “Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,” sözləri çıxarılsın;

2. 7.1.2-ci yarımbəndin “Tədbirin adı” sütununda “Alternativ və bərpa olunan” sözləri “Bərpa olunan” sözləri ilə əvəz edilsin;

3. 7.3.1-ci yarımbəndin “Digər icraçılar” sütunundan “, Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

****

İlham Əliyev Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda vurğulanır: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətini təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılsın.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilsin.

3. “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyinə verilsin.

5. Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə:

5.1.1. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi;

5.1.2. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

5.1.3. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.4. Cəmiyyətin müşahidə şurasının seçilməsi;

5.1.5. Cəmiyyətin inkişaf və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;

5.1.6. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

5.2. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

5.2.1. Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və onlarda ediləcək dəyişikliklərin təsdiqi;

5.2.2. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

5.2.3. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

6. Cəmiyyətin yenidən təşkil və (və ya) ləğv edilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan dövlət əmlakının bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin balansına verilməsini təmin etsin;

7.2. bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin inzibati bina ilə təmin edilməsi üçün tədbirlər görsün;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 365, № 6, maddə 637; 2015, № 3, maddə 272; 2018, № 5, maddə 899) aşağıdakı dəyişikliklər edilsin:

8.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 – “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.5.3-cü yarımbəndinə “qurumların” sözündən sonra “(əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla)” sözləri əlavə edilsin;

8.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturu” aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Energetika Nazirliyinin aparatı (şöbələr və sektorlar).

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi.”.

Tarix
2020.09.22 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

"Nizami" Mel Qibsonun filmlərindən imtina etdi

Türkiyədə əsgərlərimizə məktub aksiyası keçiriləcək

Düşmənin artilleriya qurğularını məhv edən hərbçimiz - Foto

İşğaldan azad edilən Qubadlı şəhəri - Video

Türkiyə idmançıları da Azərbaycana dəstək verdi - Foto

İrəvanda qadın “əsgərlər” himnimizi dinlədi - Video

Qubadlının işğaldan azad olunan Xanlıq kəndi - Video

Əliyar Əliyevin oğlu: Atamın qanı yerdə qalmadı

Teledərslərin sabaha olan cədvəli açıqlandı

Ermənilər ön xətdən qaçır: Komandirlə dava... - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla