Yuxarı

İlham Əliyev 3 sərəncam, 5 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:52

Prezident İlham Əliyev Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq olaraq 8 (səkkiz) milyon manat və 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi”

Həsənli Yadulla Həmdulla oğlu

“Əməkdar müəllim”

Abbasov Qəzənfər Əli oğlu

Əliyev Məhəmməd Ələkbər oğlu

Əliyev Ümüdvar Qənbər oğlu

Fərzəliyev Məzahir Həmzə oğlu

Hacıyev Nazim Özbəy oğlu

Həsənov Vəkil Səfiyar oğlu

Həsənova Zöhrə Bilal qızı

Hüseynov Vəkil Neymət oğlu

Kərimov İrşad Abdul oğlu

Quliyev Asiman Aydın oğlu

Məmmədov Məmməd Hümbət oğlu

Məmmədov Zahid Fərrux oğlu

Osmanov Tofiq Ramazan oğlu

Rzayev Rövnəq Mirzə oğlu

Rzayeva Gülnarə Namik qızı

Sadıqov Mustafa Məmməd Sadıq oğlu

Şıxlinskaya Gülnarə Teymur qızı

Vəliyev Fazil Əli oğlu

Yaqubov Sakit Məmədi oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Əhmədov Məhiş Alış oğlu

Əlirzayev Əli Qənbərəli oğlu

Muradov Ədalət Cəlal oğlu

Şəkərəliyev Arif Şəkərəli oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Azadov Eldar Həsənxan oğlu

Əsgərov Şaiq Əhəd oğlu

Səbzəliyev Sifariz Mirzəxan oğlu

Vəliyev Həbib Məmməd oğlu

“Tərəqqi” medalı ilə

Abasov Alcan Bayraməli oğlu

Abbasova Afət Musa qızı

Babayev Əlican Pirican oğlu

Babayev Telman Qurban oğlu

Babayeva Rəna Fikrət qızı

Əbdülhəsənov Tofiq Əbdüləziz oğlu

Əhmədov Mirağa Məhərrəm oğlu

Əliyev Müşrəvan Əli oğlu

Əliyev Nəvai Şaxlar oğlu

Hacıyev Əli Vəli oğlu

Həsənli Mirələm Xası oğlu

Həsənov Heydər Sərdar oğlu

İsayev Söhrab Zülfüqar oğlu

Qəhrəmanov Nizami Əmir oğlu

Quliyev Müşfiq Yelmar oğlu

Manafov Qabil Nadir oğlu

Məmmədov Elşad Yaqub oğlu

Məmmədova Sevər Mömin qızı

Muradov Rəşad Şahbaz oğlu

Mustafayeva Zöhrə İsmayıl qızı

Nuriyev Məhəmmədəli Nurəddin oğlu

Rzayev Anar Yaşar oğlu

Seyidov Abbas Qadir oğlu

Səidov Rasim Əzim oğlu

Sərdarova Sevda Yusuf qızı

Tağıyev Mayıl Məsim oğlu

Yusifova Xalidə Hacı qızı

Zeynalov Mikayıl Gəray oğlu.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1083 nömrəli, 10 iyul tarixli 1100 və 1104 nömrəli, 10 avqust tarixli 1124 nömrəli, 11 avqust tarixli 1129 nömrəli fərmanları) 5.6-2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.6-2. həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi baxır;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841; 2019, № 5, maddə 822, № 10, maddələr 1586, 1588) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.30-1-ci yarımbənd əlavə edilsin:

“3.0.30-1. turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;”.

***

Prezident İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1084 nömrəli, 10 iyul tarixli 1105 nömrəli və 17 avqust tarixli 1138 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı bəndinə “sahibkarlıq fəaliyyəti” sözlərindən sonra “(ictimai iaşə, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla)” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020; 2018, № 5, maddə 896; 2020, № 4, maddə 405) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.14-2-ci yarımbənd əlavə edilsin:

“3.0.14-2. ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1954; 2020, № 5, maddə 542; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1082 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.91-5-ci yarımbəndində “qurum” sözü “qurumlar” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “sahibkarlıq fəaliyyəti” sözlərindən sonra “(ictimai iaşə, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla)” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1082 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.18-1-ci yarımbəndinə “sahibkarlıq fəaliyyəti” sözlərindən sonra “(ictimai iaşə, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla)” sözləri əlavə edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə aşağıdakı məzmunda 3.0.52-1-ci yarımbənd əlavə edilsin:

“3.0.52-1. sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla) subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;”.

Tarix
2020.09.24 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

Fəzail Ağamalıdan yayılan xəbərlərə: Buna görə utanmıram!

37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı

Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya - Foto

Bələdiyyə seçkilərinə bu tarixdə yekun vurulacaq

Duda Azərbaycanla sərhəddə... - Video

Azərbaycanda 29 yanvara seçki təyin edildi

İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?

Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya

Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi

Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla