Yuxarı

TRT Qarabağdan növbəti filmini təqdim etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRT Qarabağdan növbəti filmini təqdim etdi - Video

Dünyanın nüfuzlu televiziya kanalı "TRT Vörld" Ermənistan-Azərbaycan münaqişəsinin insanların həyatına vurduğu ağır zərbələrdən bəhs edən daha bir sənədli film yayımlayıb.

Axar.az xəbər verir ki, filmdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədovun keşməkeşli həyatı fonunda azərbaycanlı məcburi köçkünlərin üzləşdikləri məhrumiyyətlərdən, əzablardan danışılır.

Qeyd edək ki, Gülməmməd Məmmədov Laçın rayonundan məcburi köçkün düşüb. 14 yaşında ilk dəfə parta arxasında əyləşən Gülməmməd Məmmədov bütün çətinliklərə baxmayaraq təhsildə böyük uğurlar əldə edib. Bakı Dövlət Unversitetinin Fizka fakültəsinə daxil olan Gülməmməd Məmmədov təhsilini İtaliyada, daha sonra isə ABŞ-ın nüfuzlu Sirakuz Universitetində davam etdirərək, elmlər doktoru, professor dərəcəsinə yüksəlib.

İngilis dilli auditoriya üçün nəzərdə tutulan “Dağlar oğlu” sənədli filmdə Gülməmməd Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin ağır fəsadlara yol açdığını, insanların həyatında kədərli izlər buraxdığını bütün kontekslərdə izah edir.

Xatrladaq ki, filmin çəkilişləri Bakı şəhəri ilə yanaşı Ağcabədi və Daşkəsən rayonlarında məcburi köçkünlərin yaşadıqları ərazilərdə aparılıb.

Tarix
2020.09.25 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla