Yuxarı

Milli Məclisin sədri jurnalistlər üçün brifinq keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-da VI çağırış Milli Məclisin payız sessiyasının ilk iclasından əvvəl parlamentdə mətbuat nümayəndələri üçün yaradılmış 3 yeni iş otağının açılışı olub.

Axar.az xəbər verir ki, bununla bağlı jurnalistlər üçün brifinq keçirən Milli Məclisin Sədri Sahibə Qafarova parlamentdə akkreditə olunmuş KİV nümayəndələri ilə belə bir görüş keçirməyi çoxdan arzu etdiyini bildirib. Deyib ki, bu görüş pandemiya səbəbindən bir qədər gec baş tutub. Spiker qeyd edib ki, Sədr seçildikdən sonra jurnalistlərin ona Milli Məclisdə mətbuat nümayəndələrinin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətləri olmuşdu. Pandemiya ilə əlaqədar bu işin bir qədər yubandığını vurğulayan Sahibə Qafarova deyib: “Yay aylarında media nümayəndələrinin rahat işləyə bilməsi üçün şərait yaratmağa çalışdıq. Çünki siz – parlamentdə akkreditə olunmuş media nümayəndələri Milli Məclisin iclası başlayandan qurtaranadək bizimlə birlikdə çalışırsınız. Burada jurnalistlər üçün yaradılan iş otağında 16 kompüter var, sahəsi əvvəlki otaqdan daha genişdir. Onun yanındakı ikinci isə otaq fotostudiya kimi fəaliyyət göstərəcək. Yuxarıdakı otaq isə brifinqlər və jurnalistlərin müsahibə almaları üçün nəzərdə tutulub”.

Milli Məclisin Sədri Sahibə Qafarova medianın həmişə olduğu kimi, bundan sonra da parlamentin fəaliyyətini dolğun və obyektiv işıqlandıracağına inamını ifadə edib. Bildirib ki, torpaqlarımız düşmənlərdən azad edildikdən sonra elə bu foyedə jurnalistlərə geniş müsahibə verəcək.

“Hər birimizin ürəyi Qarabağla döyünür”, - deyən Sədr çıxışının sonunda media nümayəndələrinə bu şəraitin yaradılmasında yaxından iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə, parlamentin işlər müdiri Firudin Hacıyevə, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə təşəkkürünü bildirib.

Sonra çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış şəraitə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib, Milli Məclisin işinə və jurnalistlərə uğurlar arzulayıb.

Tarix
2020.09.30 / 17:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla