Yuxarı

Ölkədə meyvə qıtlığı yaşana bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər havanın qeyri-sabit və yağıntılı keçməsi meyvə qıtlığına səbəb ola bilər.

Axar.az xəbər verir ki, artıq ölkənin bir çox bölgələrində fermerlər qıtlığın qaçılmaz olacağı ilə bağlı xəbərdarlıq edirlər.

Qeyri-sabit hava şəraiti Tovuzun meyvə bağlarında bir sıra ağacların çiçəklərinə mənfi təsir edib. Bağ sahibləri bu il məhsulun azlığından ehtiyat edirlər.

Kəpəz TV-nin məlumatına görə, qərb bölgəsində aprelin əvvəllərindən başlayan qeyri-sabit və yağışlı hava kənd təsərrüfatının bir çox sahəsinə müsbət təsir göstərsə də, meyvəçilikdə bunun əksi müşahidə olunur. Yağıntılar əksər ağacların çiçəkləndiyi bir dövrə təsadüf etdiyindən, bəzi meyvələrdə tozlanma getməyib. Hərarətin 10 dərəcədən də aşağı olması, intensiv yağışlar alça, ərik, şaftalı, heyva və gilasın çiçəklərində tozlanmanı gecikdirib. Bu isə bağ sahiblərinin fikrincə, sonda məhsul azlığına və meyvə qıtlığına səbəb olacaq.

Yağıntının yalnız nar və əncir ağaclarına ziyansız ötüşdüyü bildirilir. Mütəxəssislər isə bu cür qeyri-sabit hava şəraitinin taxıl və kartof bitkisinə müsbət təsir etdiyini bildirirlər.

Tarix
2015.04.27 / 15:14
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla