Azərbaycanın İlk Mobil
Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti
tərəfindən "Futbol Bakcell ilə" layihəsi çərçivəsində təşkil olunan
virtual futbol çempionatının final oyunları keçirilib və qaliblər
müəyyən olunub.
Şirkətdən Axar.az-a verilən məlumata görə, 1-ci yerə Hacı
Mirzəməmmədov, 2-ci yerə isə Talıb Rzayev layiq görülüb.
2015-ci ilin fevralında başlayan və Azərbaycanın 8 şəhərində 9,
10 və 11-ci sinif şagirdləri arasında keçirilən bu çempionat bu
günə qədər respublika üzrə gənclərin iştirakı ilə keçirilən ən iri
tədbirlərdən biri hesab olunur. 7000 nəfərə yaxın məktəblini əhatə
edən bu layihənin əsas məqsədi gənclərin boş vaxtlarını daha
səmərəli keçirməsi və sağlam idman rəqabətinin təşviq
olunmasıdır.
2015-ci ilin fevral ayından başlayaraq Bakı, Gəncə, Sumqayıt,
Lənkəran, Mingəçevir, Qəbələ, Şəki və Zaqatala şəhərlərinin hər
biri üzrə qaliblərin müəyyən olunması üçün hər şəhərdə 130-dan çox
oyun keçirilib. Seçimdən müvəffəqiyyətlə keçən uşaqlar arasında
şənbə və bazar günləri ümumilikdə 1024 oyun təşkil olunub.
26 aprel 2015-ci il tarixində Bakıdakı H. Cavid parkı,
N.Nərimanov parkı, Səməd Vurğun bağı və Sahil bağında qurulan
səyyar oyun zonalarında final oyunları və əyləncə tədbirləri təşkil
olunub. Oyunların öncədən elan olunmuş marşrut üzrə hərəkət edən və
xüsusi avadanlıqla təchiz olunan avtomobil üzərində keçirilməsi və
çempionatın şou şəklində təşkil olunması şəhər sakinlərində bu
tədbirə xüsusi maraq oyadıb.
Çempionatda birinci yeri qazanan iştirakçı Amerika Birləşmiş
Ştatlarına səfər edərək orada "Mançester Yunayted"in oyununu
izləyəcək və səfər zamanı şəxsən oyunçularla virtual futbol oynamaq
imkanı əldə edəcək. Yarımfinalçılar Alov smartfonları və digər
müxtəlif dəyərli hədiyyələrlə təltif olunublar.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet
Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri
istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@
ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil
internet xidməti göstərir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti
bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi
telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol
həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş
çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat
əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə
daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün
www.bakcell.com/az/news (və ya İngilis dili üçün
www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng
etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə
bilərlər.