Yuxarı

Şəkidə koronavirusla bağlı növbəti reyd keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkidə koronavirusla bağlı növbəti reyd keçirildi

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunları hərbi qulluqçuları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə, xüsusilə də əhalinin sıx olduğu məkanlarda nəzarət-profilaktik reydləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən reyd zamanı mağazalarda, eləcə də digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlanıb və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Daha sonra reyd ictimai nəqliyyatda da davam etdirilib. Sürücü və sərnişinlərlə profilaktik söhbətlər aparılıb, virusun yayılmasının qarşısının alınması üçün tələblərə riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Rayon ərazisində sakinlər tərəfindən karantin qaydalarına riayət olunması məqsədilə bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Tarix
2020.10.16 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla