Yuxarı

İşğaldan azad olunan zastavalarımız - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşğaldan azad olunan zastavalarımız - Foto

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələ­ri­nin işğalı al­tın­da olan 132 km-lik hissəsinin azad edilmə­sinə başla­nıl­ması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılan­ıb.

Axar.az xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mah­­mudlu” sərhəd zastavaları üzərində 16 oktyabr tarixində Azərbay­can Res­publika­sı­nın Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbay­can Respub­lika­sının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastava­larının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.

Mərasimdə Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman­danlığı altında Ermənistan Silahlı Qüv­vələrinin əzəli Azərbaycan tor­paq­­ların­dan qovulması üzrə döyüş əmə­liyyatlarında Azərbaycan sər­həd­­çilə­ri­nin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düş­mənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.

Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gi­zirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tap­şırıq­la­rını yerinə yetirməyə hazır olmaları vurğulanıb, şəxsi heyətin döyüş ruhu­nun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə gön­də­rilmə barə­də çoxsaylı müraciətlərin daxil olması bildiril­ib.

1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərə­fin­dən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sər­həd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastava­la­rında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq təd­birləri davam etdirilir.

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Tarix
2020.10.16 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla