Yuxarı

Jurnalistlər üçün yeni müsabiqə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalistlər üçün yeni müsabiqə

Azərbaycan Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Milli-mənəvi dəyərlər və müasirlik" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Bu barədə Report-a Şuradan məlumat verilib.

Qaliblərə I yer üçün 1000 manat,II yer üçün 700 manat, III yer üçün 500 manat məbləğində mükafat nəzərdə tutulub. 10 nəfərin isə hər birinə 100 manat məbləğində mükafat veriləcək.

Müsabiqədə yer tutacaq şəxslərin adları bu il iyun ayının 15-dək açıqlanacaq.

Müsabiqəyə may ayının 1-dən iyun ayının 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının "Milli-mənəvi dəyərlər və müasirlik" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur" qeydi olmalıdır. Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının "qara siyahı"sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Müsabiqə üçün yazılar may ayının 2-dən iyun ayının 1-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Tarix
2015.04.30 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla