Yuxarı

Dövlət Xidmətindən rüşvət iddiasına - Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Xidmətindən rüşvət iddiasına - Cavab

Oktyabrın 16-da İnstaqram sosial şəbəkəsində paylaşılan şəkildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının rüşvət tələb etdiyi iddia olunur. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları 16 oktyabr tarixində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağı altında olan torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı Səbail rayonu, Bibiheybət qəsəbəsi, N.Quliyev 57 ünvanında yerləşən ictimai iaşə obyektinin (“Xəzər” restoranı) ərazisinə baxış keçiriliblər.

Bu barədə Axar.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumatda qeyd edilib: “Monitorinq zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 248.1 maddəsinin tələblərinin pozularaq, Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağında tikinti-quraşdırma və betonlama işlərinin aparıldığı, sahilə sərbəst gediş-gəlişin məhdudlaşdırıldığı müəyyən edilib. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə obyektinin icarəçisinin iştirakı ilə bu qanunsuzluğu təsdiq edən akt tərtib olunub. Müəyyən olunmuş faktlar əsasında qanunverciliyə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir.

Sonda bu cür “işbazlara” bir daha xatırlatmaq istərdik ki, qanun alidir. Ona əməl etmək isə hamının borcudur. Xüsusilə hazırkı həssas dövrdə...”.

Tarix
2020.10.17 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video

Bakı ilə razılığa gəldik, mühüm siqnaldır - Merz

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla