Yuxarı

Bu gün Vahid Azərbaycan milləti yaranır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Vahid Azərbaycan milləti yaranır

Böyük Atatürk deyirdi ki, özünün müstəqil dövlətini quran və qoruyan xalqa millət deyilir. Deməli, Vətən müharibəsinə qədər biz hələ millət deyildik, xalq idik. 90-ların əvvəlində özümüzün müstəqil dövlətimizi yaratsaq da, ərazi bütövlüyünü qoruya bilməmişdik, müxtəlif obyektiv və subyektiv səbəblərdən I Qarabağ müharibəsində torpaqlarımızın 20 faizini itirmişdik.

Bu gün II Qarabağ, yaxud Vətən müharibəsi gedir, müzəffər Azərbaycan Ordusu müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı kənbəkənd, rayonbarayon azad edir. Bu gün Vətən müharibəsində Azərbaycan türkləri, ləzgilər, yəhudilər, talışlar, ruslar, zaxurlar və s. çiyin-çiyinə bir amal uğrunda döyüşür, arxa cəbhədə Vətən uğrunda birləşir, Azərbaycan əsgərini dəstəkləyir. Bu gün faktiki olaraq, Azərbaycanda yaşayan onlarla millət bir bayraq altında birləşir, vahid Azərbaycan milləti yaranır.

Düşünürəm ki, II Qarabağ Müharibəsində bizim Qələbəmizi təmin edən aşağıdakı 3 əsas faktordur:

1. Güclü və əzmkar Azərbaycan Ordusu;

2. Vahid bir millət kimi birləşən Azərbaycan xalqı;

3. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və qətiyyətli siyasəti.

Ən əsası isə, bu gün bizim Vətən Müharibəsində qələbədən qazandığımız yalnız ərazi bütövlüyümüz olmayacaq, həm də vahid, monolit Azərbaycan milləti olacaq.

Tarix
2020.10.23 / 23:32
Müəllif
Qalib Arif
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla