Yuxarı

Azərbaycan bu gün çox vacib regional tərəfdir - Prezident

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu gün çox vacib regional tərəfdir - Prezident

Biz sizin də doğru qeyd etdiyiniz kimi, nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişik. Hazırda biz Xəzər dənizinin digər tərəfində - şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

"İnternet bağlantısına gəldikdə isə biz IT sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət (jurnalist Nextel şirkətini nəzərdə tutur - red.) mənim bildiyimə görə öz planı olan və regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir", - Prezident bildirib.

Tarix
2020.10.24 / 10:27
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla