Yuxarı

Düşmənin məhv edilmiş texnikaları - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmənin məhv edilmiş texnikaları - Siyahı

Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.

Axar.az xəbər verir ki, Prezident düşmənin 252 tankı məhv edildiyini bildiirb: "53 tank hərbi qənimət kimi götürülüb - toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma yenə də hələ ki, tanklar var. Piyadaların 50 döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. Toplam 79. 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. Toplam 106.

53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib.

Dörd TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi məhv edilib.

Ən bahalı qurğulardan olan 6 “S-300” zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi - “Elbrus” məhv edilib. 1 “Toçka-U” raketi məhv edilib.

231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.

Tarix
2020.10.26 / 13:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla