Yuxarı

“Bizim Market” bəzi mağazalarını bağlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bizim Market” bəzi mağazalarını bağlayır

"Bizim Market"lər şəbəkəsi bəzi ərazilərdə yerləşən mağazalarının fəaliyyətini dayandırır.

Axar.az xəbər verir ki, şəbəkənin ortaqlarından biri 3 mağazasını bağlayır. Bu barədə "supermarketinq.com" saytı məlumat yayıb.

İki qardaş arasında yaranan mübahisə nəticəsində qardaşlardan biri şirkətdə olan payını götürərək ayrıca fəaliyyət göstərməyə başlayıb. Bir ilə yaxındır fəaliyyət göstərdikdən sonra, Devalivasiya və Bazar dalğalanmasına tab gətirmədiyini deyən sahibkar mağazalarını bağlamaq qərarına gəlib. Sayt qeyd edib ki, məlumatı tədarükçi firmalar yayıb. Məlumata görə, tədarükçilərə zəng edərək bildirilib ki, mağazada olan mallarını geri götürsünlər. Səbəb kimi isə mağazanın bağlanacağı bildirilib.

Artıq sözügedən mağöazalarda bir çox vitrinlərin boşaldığı da deyilir. Qalan məhsullar isə mağazanın tez boşaldılması üçün endirimlə satılır. Məlumata görə, artıq bir çox işçi işdən də çıxarılıb.

Bağlanılması gözlənilən mağazalar Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yeni Yasamal, Kənar dairəvi yolu, Nəsimi rayonu Rəşid Behbudov küçəsi ünvanlarında yerləşən marketlərdir.

Tarix
2015.05.08 / 12:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla