Yuxarı

Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zabitimizdən ermənilərə:

22:27

Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından vacibdir. Demarkasiya işlərindən sonra Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin hərbi bazalarının göstərilən sərhədlərdə yerləşdiriləcəyi qeyd olunub.

Qeyd edək ki, bu gün 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Zod (Söyüdlü) qızıl mədəninin ərazisində peyda olduqları ilə bağlı erməni mətbuatı məlumat yaymışdı. Hətta bununla bağlı video da paylaşılmışdı. Qeyd olunurdu ki, Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.

"Bura bizim ərazimizdir, rədd olun burdan", - Azərbaycan Ordusunun zabiti deyib.

Erməni tərəfini təmsil edənlər məsələni aydınlaşdırmaq üçün vaxt istəyiblər və rus sülhməramlılarına müraciət ediblər. İki saata yaxın davam edən danışıqlardan sonra Azərbaycan Ordusunun əsgərləri sabaha qədər ermənilərə vaxt verib:

"Onlar (Azərbaycan əsgərləri - red.) gedərkən deyiblər ki, sabah gələndə sizi burda görməyək. Yoxsa bilirsiniz nə edəcəyik!"

Tarix
2020.11.26 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla