Yuxarı

Bakı metrosunda daha bir yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda daha bir yenilik

İyunda Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yarışların keçirildiyi günlərdə Bakı Metropoliteninin qatarlarında məlumatlar Azərbaycan dili ilə yanaşı ingilis dilində də səsləndiriləcək.

 

Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

 

Şöbə rəisi bildirib ki, bu, I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) təklifi və tələbi ilə həyata keçiriləcək: "Artıq bütün stansiyalarda elektron tablolar dəyişdirilib. Tablolarda Azərbaycan dilində məlumatlar yer alır. Çalışırıq ki, həmin lövhələrdə məlumatlar ingilis dilində də verilsin. Bundan əlavə bizə tələb var ki, vaqonlarda xarici qonaqlara idman arenalarına hərəkət istiqaməti vermək üçün ingilis dilində məlumatlar səsləndirilsin. Lakin bu nisbətən çətin məsələdir. Çünki qatarın stansiyada konkret dayanma müddəti var. Hazırda qatar dayananda və hərəkətə başlayanda vaqonlarda Azərbaycan dilində məlumatlar səsləndirilir. Əlavə olaraq, ingilis dilində də məlumat səslənsə, bu çox vaxt ala bilər. Lakin hazırda bu məsələ üzərində iş gedir, hazırlıq başlayıb, amma bunun hansı formada olacağını indidən söyləmək mümkün deyil".

 

N.Paşayev əlavə edib ki, BEGOC-un tələbi ilə həmçinin hazırda metronun 6 stansiyasında həm Azərbaycan, həm də ingilis dilində məlumatlandırıcı lövhələr quraşdırılır: "Bunlar I Avropa Oyunları zamanı tamaşaçıları və rəsmi akkreditasiyadan keçmiş şəxsləri idman arenalarına daşıyacaq "ekspres" avtobusların dayanacağı "20 Yanvar", "Elmlər Akademiyası", "Nizami", "28 May", "Gənclik" və "Koroğlu" stansiyalarıdır. Lövhələri biz özümüz hazırlamışıq. Lövhələrdə hansı istiqamətə rahat gedə bilmək üçün məlumatlar yer alıb".

Tarix
2015.05.12 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla