Yuxarı

Gəncədə yaralı hərbçilər ziyarət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə rəsmilər yaralı hərbiçilərin müalicə aldıqları xəstəxanada olublar.

Gəncə Şəhər İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Millət vəkilləri Naqif Həmzəyev, Pərin Kərimzadə və Müşfiq Cəfərov yaralı əsgər və hərbiçilərə baş çəkiblər. Yaralıların müalicə aldıqları xəstəxanaya gələn rəsmilər, onlarla söhbət edib, səhhətləri, habelə istək və arzuları ilə maraqlanıblar.

Söhbət zamanı Niyazi Bayramov qeyd edib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycan əsgərləri böyük şücaət nümayiş etdiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Məhz Azərbaycan əsgərinin əzmi sayəsində düşmən məğlub edildi, Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atmadan geri qaytarıldı. Bu zəfər, Azərbaycan əsgər və zabitlərinin həyata keçirdikləri uğurlu hərbi əməliyyatlar nəticəsində qazanılıb. Azərbaycan artıq təkcə hərbi sahədə deyil, eyni zamanda, diplomatiya, siyasət sahəsində də qalib ölkədir.

Hərbiçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə böyük əzm və qətiyyətlə iştirak etdiklərini bildirib, bundan sonra da Ali Baş Komandanın yanında olacaqlarını dilə gətiriblər.

Rəsmilər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşən əsgər və hərbiçiləri qazanılan tarixi qələbə münasibətilə bir daha təbrik edib, onlara tezliklə sağalıb evlərinə dönmələrini arzulayıblar

44 günlük Vətən müharibəsi dövrü və sonrasında yaralı hərbiçilərin sağlamlığının bərpası üçün gecə-gündüz dayanmadan çalışan tibbi personala da təşəkkür ifadə olunub.

Tarix
2020.12.02 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla