Yuxarı

Fərhad Abdullayev “Dostık” ordeni ilə təltif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərhad Abdullayev “Dostık” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Qazaxıstan Respublikasının II dərəcəli “Dostık” ordeni ilə təltif edilib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən Axar.az-a verilən məlumata görə, konstitusionalizm ideyaların və prinsiplərin inkişafına, Qazaxıstanın və Azərbaycanın konstitusional orqanları və xalqları arasında mövcud olan dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Sərəncamların yerinə yetirilməsi çərçivəsində, 2 dekabr 2020-ci il tarixində, QR-nın Bakıdakı Səfiri S.Abdıkarimov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri F.Abdullayevi Qazaxıstan Respublikasının II dərəcəli “Dostık” ordeni, AR-nın Konstitusiya Məhkəməsi Apparatının Rəhbəri R.Quliyevi isə “Qazaxıstan Konstitusiyası – 25 il” yubiley medalı ilə təltif edib.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-illiyi və işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə Səfir Azərbaycan tərəfə həmin ərazilərdə Konstitusiya nəzarətin və qanuniliyin, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında bərpa edilməsi ilə əlaqədar öz təbriklərini çatdırıb.

Qazaxıstanlı diplomat, həmçinin, qardaş ölkələrin və xalqların rifahı naminə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə Qazaxıstan Respublikasının Konstitusiya Şurası ilə ikitərəfli və çoxtərəfli formatda uzunmüddətli əməkdaşlığa və faydalı tərəfdaşlığa görə təşəkkür edib.

Tarix
2020.12.02 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla