Yuxarı

Bu bankların birgə bankomat şəbəkəsi istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bankların birgə bankomat şəbəkəsi istifadəyə verildi

Ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçıları tərəfindən daha əlverişli tarif siyasətlərinin tətbiq edilməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən davamlı infrastruktur və təşviqat tədbirləri həyata keçirilir və onların icrası daim diqqət mərkəzində saxlanılır.

AMB-dən Axar.az-a verilən məlumata görə, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan "birgə bankomat şəbəkəsi" Mərkəzi Bank tərəfindən operatorluğu həyata keçirilən Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılıb. Bu məqsədlə 11 bankın ("AccessBank", "AFB Bank", "Azər-Türk Bank", "Bank of Baku", "Expressbank", "Günay Bank", "TuranBank", "Unibank", "Yelo Bank", "Yapı Kredi Bank Azərbaycan", "Ziraat Bank Azərbaycan" və "Azərpoçt" MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanıb.

Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət "birgə bankomat şəbəkəsi"ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Yaradılmış “birgə bankomat şəbəkəsi” müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcək.

Gələcəkdə "birgə bankomat şəbəkəsi"nin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək.

Tarix
2020.12.03 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla