Yuxarı

Azərbaycan Sinqapur modelinə keçməlidirmi? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Sinqapur modelinə keçməlidirmi? - Ekspert

Sinqapur təhsil modelinin Azərbaycan təhsilində uğurlu olacağını düşünmürəm. Gərək biz dünyaya Azərbaycan təhsil modelini təklif edək. Bu gün bunun üçün imkanlarımız var.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanmasını şərh edərkən deyib.

O bildirib ki, Sinqapur dünyanın qabaqcıl beyin mərkəzlərindən biridir:

“Bu ölkədə xüsusilə dəqiq elmlər üzrə kifayət qədər irəliləyişlər var. Lakin düşünmürəm ki, Sinqapur modelini Azərbaycan təhsil sisteminə tətbiq etməyimiz uğur gətirsin. Ümumiyyətlə, başqa bir ölkənin təhsil sistemini digər bir ölkəyə proyeksiya etmək çox çətindir. Biz bundan öncə də bu kimi halların şahidi olmuşuq və kifayət qədər uğursuzluqlar olub.

Digər tərəfdən, bu gün riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini təmin etmək üçün daxili resurslarımızdan istifadə etməli, öz modelimizi yaratmalıyıq. Tarixən azərbaycanlı və Azərbaycan əsilli riyaziyyatçılar olub və onların bu elmə xidmətləri danılmazdır. Müstəqilliyin ilk illərində bir çox gənc alimimiz dünyanın müxtəlif ölkələrinə köçdü və bu gün də uğurları davam edir. İlk növbədə, həmin kadrları ölkəyə cəlb edib, yeni bir model - Azərbaycan modelini ortaya qoyaq”.

Ekspert təklif edib ki, SSRİ-dən miras qalan təhsil sistemini təkmilləşdirib, milli təhsil modelimizi yaradaq: “Bunun ən gözl örnəyi Britaniya təhsil modelidir. Ümumiyyətlə, bu gün dünyada qabaqcıl təhsil sistemi olan və uğurlar qazanan ölkələrin bir çoxu ya mövcud təhsil sistemlərini təkmilləşdirir, ya da təkmilləşən başqa bir ölkənin modelini mənimsəyir”.

Tarix
2020.12.04 / 16:00
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik!

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...

Naxçıvandan başlayan müstəqillik yolu

Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla