Yuxarı

Göyçayda qazilərlə görüş keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda qazilərlə görüş keçirildi - Foto

Göyçayda Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, görüş Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutub.

Tədbirdə çıxış edən rayon icra başçısı Mehdi Səlimzadə qazandığımız qələbə münasibətilə qalib əsgərlərimizi, qazilərimzi ürəkdən təbrik edərək bu qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd edib. Düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd əsgərlərimizdən Aqil Şirinov, Dursun Əlili, Teymur Nəcəfov, Sakin Yediyarov və Asif Məmmədova hədiyyə və mükafatlar verilib.

Döyüşçülərimiz ilə keçirilən görüşdə iştirak edən DTX-nin rayon şöbəsinin rəisi Kamal Nəbiyev, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri Cəmiyyətinin rayon şöbəsinin sədri Rövşən Şərifov, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin nümayəndəsi Bahadur Camalov, İH başçısının müavini Zivər Zeynalova çıxış edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirən insanlarımızın Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminatla əhatə olunduqlarını qeyd ediblər.

Vətən müharibəsinin iştirakçıları isə döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından faktla danışıblar.

Sonda görüş iştirakçıları Göyçay Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tarix
2020.12.05 / 16:13
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla