Xəbər verdiyimiz kimi, Elman Abdullayev bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəsi təyin edilib.
Axar.az xəbər verir ki, E.Abdullayev 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb.
Magistr dərəcəsinə ABŞ-ın Kaliforniya Dövlət Universitetində yiyələnib.
1999-cu ildən Azərbaycan XİN-də işləyir, Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluqda konsul vəzifəsində çalışıb.
18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azərbaycan və rus dillərindən başqa ərəb, fars, ingilis və fransız dillərini bilir.
Ailəlidir, 2 övladı var.