Yuxarı

İsrail bayrağının yandırılması videosu... – DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail bayrağının yandırılması videosu... – DİN

Ötən gecədən sosial şəbəkələrdə İsrail bayrağının Gəncə sakini tərəfindən yandırılması başlığı altında görüntülər paylaşılır.

Axar.az xəbər verir ki, sözügedən kadrda bir şəxsin qaranlıq küçədə dua oxuyaraq İsrail bayrağını yandırması əks olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Azərbaycanda belə bir fakt qeydə alınmayıb:

“Həmin görüntülər Azərbaycanda çəkilməyib. Əvvəllər başqa ölkədə çəkilən videoda baş verənlərin guya Gəncə şəhərində qeydə alınmış kimi təqdim edilməsi təxribat məqsədilə edilib. Bu görüntünün Azərbaycana, Gəncə şəhərinə aidiyyəti yoxdur”.

E.Zahidov qeyd edib ki, həmin videogörüntünü təxribat məqsədi ilə Gəncədə baş vermiş kimi təqdim edənlərin müəyyən edilməsi istiqamətində Daxili İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən birlikdə araşdırma aparılır.

Tarix
2020.12.24 / 10:41
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla