Yuxarı

Əli Abbasov qızıl medal aldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Abbasov qızıl medal aldı - Foto

BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərə verdiyi böyük töhfəyə görə Azərbaycan qızıl medalla təltif edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Nazir Ə.Abbasov BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərdə İttifaqın Qızıl tərəfdaşı olan Azərbaycanın rabitə administrasiyasının rəhbəri kimi məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Respublikasının hökuməti və İKT cəmiyyəti tərəfindən İttifaqı yubiley münasibətilə təbrik edən nazir BTİ-nin Azərbaycan Prezidenti cənab İlham Əliyevin "qara qızılı insan kapitalına çevirmək" doktrinası və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına verdiyi töhfəsini qeyd edərək, 1992-ci ildə BTİ-yə üzv olduğu vaxtdan ilk dəfə olaraq İttifaqın Şurasına seçilən ölkəmizi Cənubi Koreyanın Busan şəhərində keçirilmiş seçkilərdə dəstəkləmiş üzv dövlətlərə minnətdarlığını bildirib.

Çıxışdan sonra baş katib Houlin Zhao Qızıl Tərəfdaş olaraq BTİ-nin 150 illik yubileyinə həsr olunmuş tədbirlərə böyük töhfəyə görə Azərbaycan Respublikasını və informasiya-kommunikasiya texnologiyalarının inkişafına verdiyi şəxsi töhfəsinə görə nazir Əli Abbasovu qızıl medal və sertifikatlarla təltif edib.

Tarix
2015.05.19 / 21:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla