Yuxarı

Bakıda daha bir kompleksin tikintisi başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir kompleksin tikintisi başladı - Foto

"Yeni Həyat" Şirkətlər Qrupu MMC Bakının Tbilisi prospekti, 1054 ünvanında "Grand Hayat" yaşayış kompleksini inşa edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, ötən ildən həyata keçirilən layihəyə görə, 318 min 560 kvadratmetr sahəni əhatə edən kompleks bir bloklu, 24 mərtəbəli 10 binadan və 1920 mənzildən ibarət olacaq.

Burada həmçinin 30 min kvadratmetr sahədə yaşıl park və su hovuzları tikiləcək, beş min kvadratmetrlik hipermarket, ticarət və əyləncə mərkəzləri fəaliyyət göstərəcək.

Kompleksdə 7S standartı tətbiq olunub. Yüksək standartlara cavab verən möhtəşəm inşaat layihəsinə qadın və kişilər üçün fitnes, sağlamlıq və istirahət mərkəzləri, uşaq bağçası, binanın təmizlik, təhlükəsizlik, müştəri xidməti və s. daxildir.

Yaşayış kompleksində mərkəzi isitmə sistemi, eləcə də 3400 avtomobil tutumuna malik modern parkinq də nəzərdə tutulub.

Tikinti işlərinin mərhələlərlə 2017-ci ilədək başa çatdırılması planlaşdırılır.

Tarix
2015.05.21 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla