Yuxarı

Xırdalan dairəsi bağlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən avtomobil tunelində yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır.

"Azəryolsevis" ASC-dən Axar.az-a verilən məlumata görə, Xırdalan dairəsindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir işləri ilə əlaqədar şənbədən bazar gününə keçən gecə nəqliyyatın hərəkəti üçün qısa müddətlik bağlanacaq. Burda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri ancaq bazar günü həyata keçiriləcək və tunelin bu hissəsi bazar ertəsi günü səhərin erkən saatlarında nəqliyyat vasitələri üçün tam açılacaq.

Təmir işləri zamanı tunelin asfalt-beton örtüyünün yenilənməsi nəzərdə tutulub. İşlərin tez bir zamanda yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edəcək.

Bu qısa zaman kəsiyində Sumqayıt şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələri Xırdalan dairəsinin yan yolundan istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Tunelin digər hərəkət hissəsinin təmiri işləri isə növbəti istirahət günü həyata keçiriləcək.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Tarix
2015.05.22 / 12:47
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla