Yuxarı

Sabah güclü külək əsəcək – Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah güclü külək əsəcək – Xəbərdarlıq

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən yanvarın 13-14-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Yanvarın 13-dən 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s-dək, Azərbaycanın bəzi rayonlarında isə arabir 18-23 m/s-dək güclənəcək.

Tarix
2021.01.12 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla