Yuxarı

Quş qripi ilə bağlı monitorinqlərə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quş qripi ilə bağlı monitorinqlərə başlanıldı

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mövsümü epizootoloji monitorinqlərə başlanılıb. Monitorinq Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən regional sınaq laboratoriyalarının əməkdaşlarının iştirakı ilə keçirilir.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, çöl quşları arasında monitorinqlər Şabran rayonundakı Ağzıbir Ovçuluq Təsərrüfatını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədə çalışan əməkdaşları tərəfindən çöl quşlarının ovlanmasını əhatə edir. Eyni zamanda Bakı şəhərindəki, Abşeron, Salyan, Lənkəran, Neftçala, Sabirabad, Ucar, Beyləqan, Qobustan, Lerik, Cəlilabad, Şabran, Xızı və Siyəzən rayonlarındakı sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərindəki, Abşeron, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarına ümumi baxış keçirilməklə, laborator müayinə aparılması üçün ev quşlarından diaqnostik nümunələr götürülməsi, həmçinin epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulur.

Monitorinqlər zamanı çöl quşlarından götürülən patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndəriləcək.

Monitorinqlər yanvarın 15-dək davam edəcək.

Tarix
2021.01.12 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Polşaya getdi

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla