Yuxarı

Turalın ruhu qarşısında baş əyirik - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turalın ruhu qarşısında baş əyirik - Millət vəkili

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon Mehdiabad qəsəbə sakini, şəhid Tural Taryel oğlu Məmmədovun (5 noyabr 1999, Daşkəsən – noyabr 2020, Şuşa) anası Könül Həsənova ilə görüşüb.

Axar.az xəbər verir ki, Q.Paşayeva şəhidin anasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib.

“Əziz şəhid anası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Tural Məmmədov kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb", - deputat bildirib.

Q.Paşayeva şəhid əsgərin anasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

Tarix
2021.01.12 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Moskva Simonyanın açıqlamalarını təxribat hesab edir

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla