Yuxarı

Beynəlxalq köçürmələrlə bağlı bir ilk!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq köçürmələrlə bağlı bir ilk!

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SVİFT) GPİ sistemini ölkəmizdə tətbiq etmiş ilk banklardan olan Azərbaycan Beynəlxalq Bankı müştərilərinə bu sistem üzrə yeni bir imkan da yaradıb. İndi xarici valyutada köçürmələri Banka getmədən, istənilən məkandan İnternetBank xidməti vasitəsilə izləmək mümkündür.

Axar.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı bu sistemi İnternetBank xidmətinə inteqrasiya etmiş ilk və yeganə bankdır. Üstəlik, müştərilər indi Bankın bu xidmətindən ödənişsiz istifadə edirlər.

Məlum olduğu kimi, xarici valyutada beynəlxalq köçürmələr prosesində bəzən bir neçə bank iştirak edir. Müştərilər isə köçürmələrinin hansı mərhələdə olduğunu tez-tez öyrənmək istəyirlər. Onların işini asanlaşdırmaq üçün SVİFT təşkilatı qlobal ödənişlərdə yeni inkişaf standartlarından biri kimi GPİ sistemini tətbiq edib. Azərbaycan Beynəlxalq Bankı da 2019-cu ildən bu sistemə qoşulub.

Sistem beynəlxalq köçürmələr zamanı hüquqi şəxslərin və sahibkar fiziki şəxslərin ödənişlərini bütün mərhələlər üzrə nəzarətdə saxlamaq, icra prosesini addım-addım müşahidə etmək imkanı verir. Bu isə ödənişlərin tam təhlükəsizliyinə, operativliyinə, şəffaflığına şərait yaradır. Müştərilərin öz köçürmələrinin icrası prosesi barədə məlumat almalarından ötrü artıq əlavə vəsait sərf etmələrinə, vaxt itirib bank ofislərinə müraciət etmələrinə daha gərək yoxdur. Azərbaycan Beynəlxalq Bankının bu innovativ addımı hüquqi şəxs və sahibkar müştərilərin işinin daha da asanlaşmasına, müştəri məmnuniyyətinin və loyallığının artmasına xidmət edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın 41 filial və 35 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.01.12 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla