Yuxarı

AQTA bu sexdə qanunsuzluqlar aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA bu sexdə qanunsuzluqlar aşkarladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 33 C ünvanında yerləşən, "Narıncı Group" MMC-yə məxsus “Happy Day” adlı unlu və qənnadı məmulatlarının istehsalı sexində yoxlama həyata keçirib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, keçirilən yoxlama zamanı sexdə havalandırma sistemi quraşdırılmadığı, xammal kimi istifadə olunan unun ələnmədiyi və emal olunmuş unlu-qənnadı məmulatların qablaşdırılmasının üzərində istehsalçının adı, ünvanı, məhsulun çəkisi və istehlakçı üçün zəruri olan digər məlumatların qeyd edilmədiyi, xammalların və qablaşdırma materiallarının müşayiətedici sənədlərinin olmadığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədən çalışdığı aşkarlanıb.

Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Tarix
2021.01.13 / 10:38
Müəllif
Axar.az
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla