Yuxarı

Məmurlarımız bu sözü həmişə yanlış anlayır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmurlarımız bu sözü həmişə yanlış anlayır - Ekspert

Son dövrlər yaradılan ictimai təşkilatlar və dövlət qurumları mətbuatdakı problemləri aradan qaldıra bilmədi, əksinə, iflic vəziyyət yaratdı. Bu səbəbdən Medianın İnkişafı Agentliyinin yaradılması, ona ciddi səlahiyyətlərin verilməsi media səhəsində inkişaf üçün ümidlər oyadır.

Bunu Axar.az-a media eksperti, professor Qulu Məhərrəmli deyib. O bildirib ki, media sahəsində islahatların aparılmasına ciddi ehtiyac var idi:

“Son bir ildə media sahəsində islahatların zəruri olması barədə çox danışırdılar. Hesab edirəm ki, bu Agentliyin yaradılması həmin islahatların başlanğıcıdır.

Agentliyin nizamnaməsində göstərildiyi kimi, bu, jurnalistikanın bütün sahələrinin, o cümlədən informasiya agentliklərinin işini, internet medianın tənzimlənməsini, medianın fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və s. reallaşdıracaq”.

Ekspert bildirib ki, Agentlik əsasən 3 istiqaməti əhatə edəcək:

“Birincisi, qanunverici bazanın möhkəmləndirilməsidir. Söhbət “KİV haqqında qanun”un yenilənməsindən, media qanunvericiliyi ilə bağlı məsələlərin həll olunmasından gedir. Jurnalistlərin redaksiya daxilində sərbəstlikləri təmin olunmalı, məmurlarla münasibətlər hüquqi çərçivədə müəyyənləşməli və informasiyaların rahat əldə edilməsi üçün qanunverici baza mötəbər və etibarlı olmalıdır.

İkinci istiqamət medianın maddi-texniki bazası ilə bağlı problemlərin həll olunmasıdır. Bu, çox ciddi məsələdir. Bu proses elə şəkildə aparılmalıdır ki, jurnalistlər kimdənsə asılı vəziyyətə düşməsinlər, əksinə, öz fəaliyyətlərini genişləndirmək üçün müəyyən sərbəstlik və azadlıqlar əldə edə bilsinlər.

Üçüncüsü isə ölkədə fikir plüralizminin təmin olunması, media subyektləri ilə cəmiyyət, dövlət arasında münasibətlərin tənzimlənməsini reallaşdırmaqdır. Bu elə də asan məsələ deyil. Çünki Mətbuat Şurası yaradılan zaman şikayətlər üzrə komissiya bu işlə məşğul idi, amma o, çox da effektli olmadı. Həm cəmiyyətdən, həm də medianın özündən gələn problemlər bunu yüksək səviyyədə reallaşdırmağa imkan vermirdi. İndi isə bu işlər üçün yeni səlahiyyətli qurum yaradılıb”.

Q.Məhərrəmli bildirib ki, yeni yaradılan qurum onlayn mediada nizamsızlığı və mətbuat azadlığından sui-istifadə hallarını aradan qaldıracaq:

“Bəzi saytlar şəxsi-qərəz vasitəsinə çevrilib. Hesab edirəm ki, bu nöqsanlar aradan qaldırıldıqca cəmiyyətin də mətbuata etimadı yüksələcək. Medianın fəaliyyətinin tənzimlənməsi onları asılı vəziyyətə salmaq demək deyil. Bizdə tənzimləmə deyən kimi bəzi məmurların ağlına məhdudiyyətlərin tətbiq edilməsi gəlir.

Jurnalistikanın cəmiyyəti məlumatlandırmaq missiyası və ictimai nəzarət funksiyası var. Burada önəmli olan vicdanlı xidmətdir və azadlıqdan sui-istifadə etməməkdir. Ümid edirəm, yeni yaradılan Agentlik bu problemlərin öhdəsindən asanlıqla gələcək”.

Tarix
2021.01.14 / 08:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla