Yuxarı

Nazirlikdən püskürən vulkanla bağlı açıqlama - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən püskürən vulkanla bağlı açıqlama - Video

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşları yanvarın 9-da Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal qərbində yerləşən Şıxzərli palçıq vulkanında baş verən püskürmə ilə bağlı müvafiq ölçmə işləri həyata keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə qoruğun direktoru Ceyhun Paşayev məlumat yayıb.

Onun sözlərinə görə, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə çıxıb:

"Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb".

C.Paşayev bildirib ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb:

"Ümumi olaraq, 1 700 kubmetr həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatların şimal və şimal-qərb istiqamətində daha sıx və dərin olması müəyyən olunub. Çatların orta enliliyi 0,7 metr olduğu qeydə alınıb. Bəzi yerlərdə çatların uzunluğu 150 metrə çatıb. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir".

O, həmçinin vurğulayıb ki, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil: "Bu son püskürmə də daxil olmaqla, 1810-cu ildən başlayaraq bu vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan bu vulkan dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur".

Tarix
2021.01.14 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla