Yuxarı

Kamran Əliyev polşalı səfirlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamran Əliyev polşalı səfirlə görüşdü - Foto

Yanvarın 18-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla Polşa arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.

Baş prokuror otuz ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

K.Əliyev Ermənistanın silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinqlərdə Polşa Səfirliyinin iştirakına görə təşəkkürünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən R.Poborski ikitərəfli münasibətlərə toxunaraq Polşanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb. Xüsusilə qeyd olunub ki, Polşa Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və ümid edir ki, regionda bundan sonrakı dövrdə sülh və əmin-amanlıq bərqərar olacaqdır.

R.Poborski hər iki ölkənin rəhbərləri arasındakı dostluq münasibətlərinin nazirliklər, müxtəlif qurumlar, hüquq-mühafizə orqanları, həmçinin prokurorluqlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdıraraq, bu əməkdaşlığın beynəlxalq qurumlar və ikitərəfli münasibətlər çərçivəsində davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

K.Əliyev səfir R.Poborskinin təklifinin vacibliyini qeyd edərək hər iki ölkənin prokurorluq orqanları arasında korrupsiyaya qarşı mübarizə, pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluq və.s beynəlxalq cinayətlərə qarşı mübarizədə müxtəlif beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Tarix
2021.01.18 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla