Yuxarı

Ombudsman 2 saylı İstintaq Təcridxanasında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ombudsman 2 saylı İstintaq Təcridxanasında

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanılan qadınların və yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin və onlarla rəftarın, hüquqlarının təmin edilməsi vəziyyətinin, həmçinin COVID-19 pandemiyasına qarşı görülən profilaktik işlərin öyrənilməsi olub.

Başçəkmə zamanı təcridxanadakı qadın və yetkinlik yaşına çatmayanların saxlanıldığı yerlərə baş çəkilib, mövcud şərait monitorinq edilib.

Qadınların saxlanıldığı bina ilə tanışlıq zamanı saxlanma şəraitinin daxili intizam qaydalarına, sanitar-gigiyenik qaydalara uyğun olduğu müşahidə edilib. Başçəkmə zamanı təqsirləndirilən qadınlardan birinin himayəsində azyaşlı körpəsinin olduğu nəzərə alınaraq əlavə təminat və uyğun şəraitlə təchiz edildiyi müəyyən edilib.

Yetkinlik yaşına çatmayanların saxlanıldığı kameralar yoxlanılıb, həmin şəxslərin saxlanma şəraitinin təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Görüşlər zamanı Ombudsmanın səlahiyyətləri, İşgəncələrə qarşı Milli Preventiv Mexanizm mandatı, Ombudsmana müraciət etmək qaydaları, təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikdən irəli gələn hüquqları barədə ətraflı məlumatlar verilib.

Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi, yetkinlik yaşına çatmayan şəxslərinin saxlanma şəraitinin yaxşılaşdırılması, o cümlədən saxlanılan şəxslərin və müəssisədə çalışan əməkdaşların COVID-19 infeksiyasına yoluxmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun tədbirlərin davam etdirilməsi tövsiyə edilib.

Tarix
2021.01.22 / 23:31
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

Ruben Vardanyana hökm oxundu

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

Bakı ilə Tiflis arasında məsləhətləşmələr aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla