Yuxarı

Jurnalist Azər İsrafilov prezidentə əfv ərizəsi yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalist Azər İsrafilov prezidentə əfv ərizəsi yazdı

Hazırda Ədliyyə Nazirliyi Penitensar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Azər İsrafilov əfv ərizəsi yazıb.

Jurnalistin ailəsindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyevə müraciət edən jurnalist ərizəsində bildirib ki, 2014-cü ilin may ayında Ağır Cinayətlər Məhkəməsi tərəfindən 178.3.2 maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb 2013-cü ildə vətəndaş Sevinc Səfərovadan aldığı 20 min manatın pulun əvəzinə 11 min 500 manat qaytarması olub. Pul tam qaytarılmadığı üçün S.Səfərovanın şikayəti əsasında ona 7 illik həbs cəzası verilib. Bir müddətdən sonra zərərçəkənin qalan pulu ödənilib və barışıq ərizəsi yazılıb. Bu səbəbdən də jurnalist Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə zərərçəkənə dəymiş ziyanın tam ödənildiyini, tərəflərin barışıq əldə etdiyini, Azər İsrafilovun himayəsində 2 azyaşlı uşağın olduğunu, ilk məhkumluğu nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib və cəzası 7 ildən 3 ilə endirib.

Artıq 1 ildən çoxdur, məhkumluq həyatı yaşayan jurnalist dövlət başçısı tərəfindən əfv olunmaq istəyir: "Mən Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirmişəm. 2007-ci ildən bir neçə televiziya kanalında işləmişəm. Jurnalist fəaliyyətim dövründə dövlətə və dövlətçiliyə sadiq olmuşam. İstəyirəm ki, azadlığa çıxaraq bir jurnalist kimi yenidən dövlətimə xidmət edim".

Tarix
2015.05.26 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla