Yuxarı

Çörək bahalaşa bilər - Rusiya rüsumu artırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın martın 1-dən taxıla ixrac rüsumunu 2 dəfə artırması Azərbaycan və Türkiyədə un və un məmulatlarının qiymətinə təsir edəcək.

Bunu Axar.az-a Rusiyanın taxılın xarici ölkələrə ixracı ilə bağlı qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Rusiya daxili ehtiyacların ödənilməsi məqsədilə taxıl ehtiyatlarından ölkədə istifadə olunması imkanlarını genişləndirir:

“İxracla bağlı qəbul edilən qərar Rusiyadan taxıl alan bütün ölkələrə, o cümlədən Azərbaycan və Türkiyəyə təsir edəcək. Türkiyə də Rusiyadan kifayət qədər böyük həcmdə taxıl alır. Təbii ki, Rusiyadan alınan taxılın qiyməti qalxarsa, Azərbaycanda unun qiymətinin qalxması qaçılmaz olacaq. Çünki Azərbaycanın yerli taxılından keyfiyyətli un istehsal etmək mümkün deyil. Azərbaycan həm Qazaxıstandan, həm Rusiyadan, həm də Ukraynadan taxıl alır. Rusiyadan alınan taxılın həcmi son zamanlar çox idi. Bu qiymət artımı Azərbaycanda unun, çörəyin, həm də digər un məmulatlarının - makaronun, vermişelin qiymətinin artmasına təsir göstərəcək. Həmçinin Rusiyadan idxal olunan hazır un məmulatları var ki, onların da qiymətində müəyyən dəyişikliklərin olması gözlənilir”.

Ekspert un və un məmulatlarında qiymət artımı olsa da, bunun digər məhsullara təsir etməyəcəyini qeyd edib:

“Azərbaycanda dənli bitkilərin böyük bir hissəsi yem kimi istifadə olunduğundan xaricdən demək olar ki, bu məqsədlə dənli bitkilər alınmır. Daha çox toxum və un istehsalı üçün xaricdən dənli bitkilər idxal edilir”.

Qeyd edək ki, Rusiya Nazirlər Kabinetinin qərarı ilə bu il martın 1-dən başlayaraq, bir ton buğda üçün tətbiq olunan ixrac vergisi 50 avroya, qarğıdalı üçün 25 avroya, arpa üçün isə 10 avroya qaldırılacaq.

Tarix
2021.01.26 / 14:12
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla