Yuxarı

İdman kompleksində partlayış: ölən və yaralanan var - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Binəqədi rayonunda "Lokomotiv" idman kompleksində partlayış baş verib.

"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

***

21.15

Əldə edilən məlumata görə, idman kompleksinin qazanxanasında təmir işləri gedib. Partlayışın gücündən beton arakəsmə dağılaraq, işçilərin üzərinə tökülüb. İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.

Xilasetmə xidmətindən verilən məlumata görə, partlayış nəticəsində 49 yaşlı Şahvələd Məmmədov ölüb. Onun meyiti dağıntılar altındadır. 26 yaşlı Elvin İmran oğlu Qurbanov isə yaralanıb. Dəmirol xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır. (ANS)

21.55

"Axar.az"ın hadisә yerindә olan foto-reportyoru İsmi Şahzadә xәbәr verir ki, yanğın tamamilә söndürülüb. Әvvәl dә bildirildiyi kimi, bir nәfәr ölüb, bir nәfәr yaralanıb. Ölmüş şәxsin cәsәdi dağıntılar altından çıxarılıb. Başqa xәsarәt alan olmayıb.

İndilәr partlayış baş vermiş әraziyә polislәr nәzarәt edir.

23:54

Mәtbuatda yayılan xәbәrdә partlayışda ağır xәsarәt alan 26 yaşlı Elvin İmran oğlu Qurbanovun Dәmiryol xәstәxanasına aparıldığı bildirilib.

Lakin xәstәxanaya xәsarәt alanın durumunu öyrәnmәk üçün gedәn müxbirimizә hәmin xәstәxananın qәbul şöbәsindәn bildirilib ki, son 6 saatda onlara 26 yaşlı Elvin İmran oğlu Qurbanov adlı şәxs gәtirilmәyib.

Tarix
2013.12.27 / 23:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla