Yuxarı

Xalq şairinin qardaşı ölkəyə qayıdır: Niyə qaçmışdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq şairinin qardaşı ölkəyə qayıdır: Niyə qaçmışdı?

Miqrasiya Mərkəzinin rəhbəri, hazırda Almaniyada yaşayan hüquq müdafiçəsi, xalq şairi və millət vəkili Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyevlə bağlı cinayət işinə xitam verilib.

Axar.az xəbər verir ki, bu barədə Əlövsət Əliyev özü məlumat yayıb.

O bildirib ki, 2014-cü ildə vətəndaş cəmiyyətinə olan hucumlardan faydalanan bir yüksək çinli məmurun təkidi ilə aprel ayının 14-də haqqında Azərbaycan Respublikası CM-nin 177.3.2. (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq - külli miqdarda ziyan vurmaqla talama), 320.1 və 320.2 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmışdı:

“Qanunsuz həbsdən xilas olmaq üçün ölkədən qaçdım. 14 iyun 2014-cü ildə isə barəmdə həbsli axtarış elan edilmiş, interpol vasitəsilə beynəlxalq axtarışa verilmişdim. Azərbaycana ekstradisiya olunmağım üçün 1 aya yaxın Kiyevdə həbsdə də yatmalı oldum.

Xaricdə olduğum müddətdə cinayət işinin istintaqını aparan müstəntiqlə dəfələrlə danışdım, DİN-in rəhbərliyinə, Baş prokurora dəfələrlə müraciətlər etdim. Daha sonra Azərbaycan Respublikasının Prezidentindən işin obyektiv araşdırılmasının təmin olunması üçün xahiş etdim.

Bu yaxınlarda isə barəmdə olan cinayət işinin xitam olunması haqqında məlumat aldım və çox sevindim. Zəhməti olan hər kəsə təşəkkür edirəm”.

Ə.Əliyev bildirib ki, ölkəyə qayıdandan sonra baş verənlərə hüquqi qiymət verilməsinə nail olacaq:

“İndi səbirsizliklə haqqımda həqiqətə uyğun olmayan, hadisəni daha da böyüdərək sifarişli və yalan məlumatlar paylaşan “tanınmış vəkillər”in, bəzi hüquq-müdafiəçilərinin, barəmdə heç vaxt məhkəmə araşdırılması olmasa da, “bu gün Əlövsət Əliyevin və qeyrilərinin məhkəmə prosesi keçirildi” kimi yalan məlumatlar tirajlayan “aparıcı media kapitanları”nın təkziblərini gözləyirəm”.

Tarix
2021.01.27 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Elgiz və Tolikin verilişi bağlandı - İddia

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla