Yuxarı

XİN-in vəzifəli şəxslərinin ev dustaqlığı uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-in vəzifəli şəxslərinin ev dustaqlığı uzadıldı

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri - Nurupaşa Abdullayev, Səlim Əlizadə, İlqar Əliyevin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimatlara baxılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin edilib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirləri daha 3 ay uzadılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Tarix
2021.01.27 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla