Yuxarı

Sürücülər diqqət: Daha bir körpü uça bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Normadan artıq yüklənmiş ağır tonnajlı maşın daha bir körpünü qəzalı vəziyyətə salıb.

"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Körpünün qəzalı vəziyyətə düşməsinin səbəbi normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkətidır.

Hadisə ötən gecə saat 03:00-də baş verib. Bakı şəhəri istiqamətində hərəkət edən daha bir normadan artıq yüklənmiş ağır tonnajlı maşının körpü üzərindən keçməsindən sonra körpünün 2-ci və 3-cü aşırımlarının 4 aşırım tirində sınma baş verib. Nəticədə həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Hazırda körpünün digər hərəkət hissəsi ilə hər iki istiqamətə minik avtomobillərin hərəkəti növbəli şəkildə təmin olunur. Alternativ olaraq ağır tonnajlı maşınlar isə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 90-ci kilometrliyindən, Biləsuvar rayonu ərazisindən yeni salınan avtomobil magistralına çıxıb "servis yolu"ndan istifadə etməklə yenidən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 57-ci kilometrliyinə çıxa bilərlər.

ASC-nin mütəxəssisləri tərəfindən qəzalı vəziyyətə düşmüş avtomobil körpüsünə baxış keçirilir və qəzanın qısa müddətə aradan qaldırılması üçün müvafiq rəy hazırlanır.

Qeyd edək ki, 1991-ci ildə inşa olunmuş və 5 aşırımdan ibarət körpünün uzunluğu 90 metr, eni isə 18 metrdir.

Tarix
2015.05.29 / 09:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla