Yuxarı

Deputat bayramı ön cəbhədə keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayev dünən Tovuzda yerləşən hərbi hissələrdən birini ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı millət vəkili öz Feysbuk səhifəsində yerləşdirib.

Hərbi hissədə keçirilən tədbirdə Qənirə Paşayeva ilə birgə Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının rəsmisi İlham İşbaşı, "Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri Şamil Nəcəfoğlu, Gəncliyə Yardım Fondunun nümayəndəsi Şamil Əliyev, Qarabağ müharibəsi veteranları, ziyalılar iştirak ediblər. Tədbirdə çıxış edən xanım millət vəkili ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və bu gözəl bayramı bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib. Prezident İlham Əliyevin 28 May Respublika Günü ilə bağlı çıxışında torpaqlarımızın qeyd-şərtsiz qaytarılacağı ilə bağlı mesajına toxunan millət vəkili Qənirə Paşayeva " Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi, bayramlarımızı Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda , Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək", – deyib. Azərbaycan və Türkiyənin "bir millət iki dövlət" olduğunu və hərbi hissədə Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə 28 May Respublika Gününü keçirməkdən məmnun olduğunu deyən Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının rəsmisi İlham İşbaşı İzmitdə, təmsil etdiyi qurumun təşəbbüsü ilə Kocaelidə(İzmit) bu ilin fevralında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldıldığını və parklardan birinə cənab Prezident İlham Əliyevin adının verildiyini diqqətə çatdırdı.

Tarix
2015.05.29 / 15:00
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla