Yuxarı

Problemli kredit: Banklar zamin duran şəxsi soyur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə qərarı ilə bankdan kredit götürən şəxslərə zamin duranların maaşının 50 faizədək hissəsinin tutulması son vaxtlar ciddi narazılığa səbəb olan əsas məsələlərdən biridir. Vətəndaşlar bildirirlər ki, maaşdan məcburi tutulan həmin puldan sonra onların əlində ailə üzvlərinin yaşayışı üçün lazım olan minimum vəsait belə qalmır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, zaminlərdən əmək haqqının yarısının tutulması ədalətli qərar deyil:

“Bizim banklardan istəyimiz, tələbimiz 44 günlük müharibədə şəhid olan şəxslərin, qazilərin kreditlərinin bağlanması və müharibə iştirakçılarının isə faizlərinin silinməsidir. Bununla bağlı məsələləri dəfələrlə Milli Məclisdə qaldırmışıq. Heç bir imtiyazı olmayan adi vətəndaşlarla bağlı belə məsələlərdə isə çox çətinlik çəkirik. Ona görə ki, ölkənin iqtisadiyyatını çökdürəcək, pis vəziyyətə salacaq hallardan biri də bank-maliyyə sistemidir. Banklarımız da bankrot olarsa, ölkədə ciddi iqtisadi böhran yaşanar. Vətəndaşlar bankdan kredit götürəndə onun mənfi tərəflərini də fikirləşməlidir. Bankdan pul götürən şəxs həm özünü, həm də zamin kimi göstərdiyi şəxsi məsuliyyət altına salır. Hesab edirəm ki, zamin duran şəxslərin maaşından 50 faiz tutulması da ədalətli deyil. Məhkəmə qərarlarında bunun hansısa formada tənzimlənməsi nəzərə alınmalıdır. Milli Məclisdə bununla bağlı fikirlər və təkliflər səsləndirəcəyik. Mətbuatda da bu məsələlər işıqlandırılmalıdır. Amma deyə bilmərik ki, bankdan krediti alan şəxs ödəyə bilmədiyi üçün zaminin maaşından da pul çıxılmasın. Zamin olan şəxs də fikirləşməlidir ki, o, borca şərikdir. Krediti götürən adama bir şey olarsa, cavabdeh zamin olur. Biz burada bankları da nəzərə almalıyıq. Zaminin əmək haqqından yaşayış vəziyyəti nəzərə alınaraq, müəyyən bir faiz tutulsa, daha yaxşı olar”.

Hüquqşünas Səməd Vəkilov isə bilirib ki, banklar zamin duran şəxslərə zaminlik müqaviləsi adı altında müştərək kredit müqaviləsinə imza çəkdirirlər:

“Hazırda məhkəmə icraatında olan zaminlik müqavilələri ilə bağlı ciddi problemlər yaşanır. Ona görə ki, zaminlik müqaviləsi adı altında müştərək kredit müqaviləsi bağlanılır və eyni məsuliyyət həm hüquq subyektinin, həm də zaminin üzərinə qoyurlar. Məhkəmə icra prosesində isə krediti götürən subyekt kənarda qalır, borcun zamin tərəfindən ödənilməsi məcburi qaydada həyata keçirilir. Lakin məhkəmə qərarının icrası ilə bağlı məsələlərdə zaminlərin ailə durumu, iş şəraiti heç bir halda nəzərə alınmır. Onu da qeyd edim ki, borclu olan şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, məhkəmə icraçısı onların minimum maddi təminatının ödənilməsi üçün ailənin gəlirlərini nəzərə almalıdır. Hesab edirəm ki, məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericiliyə yenidən baxıla bilər. Bu qərarların icrası uşaq və ailə hüquqlarının pozuntusuna gətirib çıxarmamalıdır”.

Kreditin ödənilməsi ilə bağlı məhkəmə qərarlarında zamin duran şəxslərin özünün və ailə üzvlərinin yaşayışı üçün lazım olan minimum vəsaitlə bağlı qaydaların gözlənilmədiyini nəzərə alaraq, ailə və uşaq hüquqlarının müdafiəçisi rolunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərilib.

Tarix
2021.02.17 / 09:07
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla