Yuxarı

SOS: Bakıda acı dondurma satılır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOS: Bakıda acı dondurma satılır - Ekspert

"Hazırda dondurma bazarında böyük problemlər yaşanır".

Bunu Axar.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib.

O, dondurma istehsal edən şirkətlərdə nöqsan aşkarlandığı halda onlar barəsində anti-reklam işinin aparıldığını və dövlət orqanlarına məlumat verildiyini bildirib:

"Biz dondurma bazarında il ərzində tədqiqat aparmışıq və USAİD-in (ABŞ İnkişaf agentliyi) layihəsi çərçivəsində 2011-ci ildən bu bazarı tədqiq edirik. Layihə ondan ibarət idi ki, Azərbaycan mallarının xaricdə və daxili bazarda rəqabətə davamlılığını təmin etmək üçün Azərbaycan İstehlakçılarının qida təhlükəsizlik nişanı təsis olunsun. Bu, dünyada ilk təcrübə idi. Bu nişanı təsis etdirdik və dövlət qeydiyyatına alındı. Bundan sonra dondurma istehsalçılarına bunu şamil etmək qərarına gəldik və Azərbaycanda yalnız Camal LTD-nin "İceland" dondurmaları buna uyğun gəldi. Digər dondurma istehsalçılarının hərəsində bir nöqsan tutuldu. Nöqsan tutulan istehsalçılara qarşı yalnız anti-reklam işi aparırıq və dövlət orqanlarına məlumat veririk. Hələlik mövsüm başlayandan bəri heç bir şikayət daxil olmayıb. Biz əsasən şikayətlər əsasında bu işi görürük. Lakin əhali zənglər edir. Onlar əsasən, dondurmaların acılığından şikayətlənirlər".

Tarix
2015.06.01 / 14:57
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla