Yuxarı

Özünü vəzifəli kimi təqdim edən şəxs həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özünü vəzifəli kimi təqdim edən şəxs həbs olundu

Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranmışdır.

25 fevral 2021-ci il tarixdə Zaur Babayevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2021.02.25 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh hər bir kəsə lazımdır - Paşinyan

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdə... - Video

Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq - Prezident

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mükafatı almaq böyük şərəfdir - Əliyev

Ermənistan Azərbaycana mal ixrac edəcək

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla